12 mart 2024, 09:32

Azad Əhmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin Müzəffər Ali Baş Komandan və qalib sərkərdə kimi fəaliyyətiniz nəticəsində 30 ilə yaxin müddətdə xalqımızın “Qarabağ yarası”na son qoyuldu, zaman - zaman itirdiyimiz torpaqlarımız geri alındı, işğaldan azad edilən ərazilərdə misli görünməmiş quruculuq və bərpa işləri başlanmışdır.

Siz ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq verdiyiniz bütün vədləri həyata keçirərək xalqı tərəfindən sevilən ölkə başçısına çevrildiniz.

Cənab Prezident, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar və yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Əhmədov Azad

Azərbaycan Respublikası, Bakı şəhəri