12 mart 2024, 09:52

Əfsanə Darçınovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz “Dəmir yumruq”la xalqımızın üzləşdiyi münaqişəyə son nöqtəni qoydunuz, iki əsrlik problemi həll etdiniz. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyiniz kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün yaxındadır.

Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri kimi Sizin rəhbərliyinizlə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.

Cənab Prezident, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən əmnunluq duyuram.

Hörmətlə,

Darçınova Əfsanə

Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi