12 mart 2024, 10:15

Elnur Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ötən ay ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Sizin sayənizdə xalqımız firavan həyat sürür, gələcəyə ümidlə baxır. Şükür Allaha ən böyük problemimiz olan Qarabağ məsələsi də öz həllini tapdı. Siz hər bir işi zərgər dəqiqliyi ilə görürsünüz.

Sizə inamımız və dəstəyimiz sonsuzdur.

Dərin hörmət və ehtiramla,

Elnur Həsənov

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.