12 mart 2024, 10:36

Jalə Əliyevadan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişsiniz.

Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Sizin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Cənab Prezident, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində qələbə qazanmağınız münasibətilə təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyeva Jalə Razim qızı

Azərbaycan Respublikası, Tovuz rayonu