12 mart 2024, 10:57

Əliağa Həsənovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz xoşbəxt xalqıq ki, Sizin kimi qayğıkeş, vətənsevər, qətiyyətli, cəsarətli, sözü imzası qədər keçərli Liderimiz var. Əsl liderə xas olan bu keyfiyyətlərə malik rəhbər heç də hər xalqa nəsib olmur. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda malik olduğunuz yüksək nüfuz, hörmət qürurvericidir.

Sizin indiyə qədər həyata keçirmədiyiniz bir söz, vəd qalmayıb. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük zəfərlərə doğru inamla irəliləyəcək, xalqın maraqları, rifahı daim diqqətinizin mərkəzində olacaq.

Siz öz uzaqgörən siyasətinizlə Azərbaycanın qarşısında duran yeni hədəflərə də uğurla nail olacaqsınız. Bu əminliyi bizdə Sizin indiyə qədər gördüyünüz möhtəşəm işlər yaradıb. Çətin, məsul və şərəfli fəaliyyətinizdə Sizə bol-bol nailiyyətlər arzu edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliağa Əli oğlu Həsənov

Azərbaycan Respublikası, Saatlı rayonu, Mollavazlı kəndi