12 mart 2024, 11:44

Masi Məmmədovadan, Sumqayıt, Azərbaycan

Cənab Prezident!

Mən, şəhid Eylaz Əli oğlu Məmmədovun anasıyam.

Müstəqil, suveren, bütöv Azərbaycanımıza yenidən Prezident seçilməniz münasibətilə Sizi təbrik edirəm. İşiniz məsuliyyətli və çox çətindir. İnanıram ki, Allahın köməkliyi sayəsində bu illərdə də vəzifənizi uğurla yerinə yetirəcəksiniz. Babanızın, eləcə də mənim doğulub, boya-başa çatdığım qədim Azərbaycan torpağı olan Zəngəzura da getmək bizə nəsib olacaqdır.

Uğurlarınız bol, canınız sağlam olsun.

Hörmətlə,

Masi Məmmədova,

şəhid anası

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.