12 mart 2024, 12:08

Məlhət Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İlk dəfə olaraq bütöv Vətənimizdə keçirilmiş seçkilər böyük tarixi əhəmiyyət kəsb etdi. Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyiniz düşmənə mühüm mesaj oldu. Bu məqamda Sizin bir kəlamınız yadıma düşdü: “Bizim başqalarının torpağında gözümüz yoxdur, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik”. Bəli, dediniz və etdiniz. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Sizin şah əsərinizdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Cənab Prezident, fürsət bilib, Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Məlhət Sudeyf qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.