12 mart 2024, 14:45

Vidadi Hidayətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ötən ay ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibəti ilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan torpaqlarını işğaldan azad etdiyiniz üçün və bizi bütün dünyaya qalib xalq kimi təqdim etdiyiniz üçün Sizə təşəkkür edirəm. Sizin dövlətimiz, xalqımız üçün gördüyünüz işlərin dəyəri çox böyükdür. Əminik ki, Azərbaycan öz sürətli inkişafını qarşıdakı illərdə də davam etdirəcək, xalqımız və dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Sizə çətin işinizdə uğurlar arzu edirəm, cənab Prezident.

Hörmətlə,

Vidadi Hidayətov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.