13 mart 2024, 09:15

Rafail Babayevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi mütləq səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində müstəqil Azərbaycanımızın üçrəngli bayrağı Xankəndi şəhərində dalğalanır.

Siz xalqımızın fəxrisiniz. Tanrı Sizi və xalqımızı qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə rəhmət etsin!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Babayev Rafail Kamil oğlu.

Azərbaycan Respublikası, Saatlı şəhəri.