13 mart 2024, 09:47

Bəhram Zahidovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Fevralın 7-də keçirilmiş prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə Azərbaycan xalqı bu dəfə də Sizə yüksək etimad göstərməklə sülhə, əmin-amanlığa, təhlükəsizliyə, tərəqqiyə, rifaha səs verdi və Sizin alternativsiz Lider olduğunuzu bir daha nümayiş etdirdi.

Sizin yüksək idarəçilik məharətiniz, qətiyyətli və milli maraqlara söykənən siyasətiniz sayəsində əldə edilən uğurlar bütün sahələrdə öz nəticələrini göstərir. Ölkəmizin siyasi, iqtisadi imkanları daha da genişlənir, əhalinin yaşayış səviyyəsi gündən-günə yaxşılaşır. Uğurlu xarici siyasət strategiyanız nəticəsində Azərbaycanın beynəlxalq miqyasda mövqeləri möhkəmlənməkdə davam edir. Regionda bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Sizin kimi müdrik Liderin rəhbərlik etdiyi belə bir qüdrətli ölkənin vətəndaşları olmaqdan qürur duyuruq.

Uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində Sizin ölkəmizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacağınıza əminik. Vətənin tərəqqisi, xalqın rifahı, əmin-amanlığı naminə gərgin səylərinizdə Sizə tükənməz enerji, davamlı nailiyyətlər diləyirəm.

Hörmətlə,

Bəhram Saffan oğlu Zahidov,

müharibə və əmək veteranı, baş ədliyyə müşaviri,

Azərbaycan Respublikası, Bakı şəhəri.