13 mart 2024, 10:55

Yusif Abbasovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi bütöv Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Siz ölkəmizin inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun müəyyən edərək uğurla həyata keçirirsiniz. Bu strategiyanın müvəffəqiyyətlə gerçəkləşməsi Azərbaycana mühüm nailiyyətlər qazandırır. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, insanların rifahı hər gün daha da artır. Ərazi bütövlüyümüzün bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmaları hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Bu gün ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsi Sizin yorulmaz əməyinizin bəhrəsidir.

Hörmətli cənab Prezident, bir daha qələbəniz münasibətilə Sizi təbrik edir, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Yusif Vaqif oğlu Abbasov

Azərbaycan Respublikası, Naftalan şəhəri.