13 mart 2024, 14:40

Esmira Xanalıyevadan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 7 fevral seçkiləri ölkəmizin bütün suveren ərazisində keçirilməklə, qalib Azərbaycanın zəfər salnaməsinə qürurla yazıldı. Suverenliyimizi bərpa edən müdrik Liderimizə yenidən səs verən vətəndaşlarımız növbəti qələbələrə, zəfərlərə səs vermiş oldu.

Əminəm ki, hər gün daha da güclənən Azərbaycanımız müdrik Prezidentimizin – Sizin rəhbərliyinizlə daha da qüdrətlənəcək, xalqımız yeni zirvələr fəth edəcək.

Yaşasın Azərbaycan!

Yaşasın Prezidentimiz!

Hörmətlə,

Esmira Savad qızı Xanalıyeva

Azərbaycan Respublikası, Saatlı rayonu.