13 mart 2024, 17:50

Qabil Səmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi xalqımız tərəfindən sevgi və qürurla yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Qədirbilən, uzaqgörən və müdrik xalqımız öz gələcəyini Ulu Öndər Heydər Əliyevə etibar etməklə bugünkü Zəfərimizə və gələcək nailiyyətlərə zəmin yaratmışdır.

Cənab Prezident, Sizə dərin hörmət və minnətdarlıq hissi ilə öz təbriklərimi və xoş arzularımı çatdırıram. Möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Səmədov Qabil Mahmud oğlu, təhsil işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.