13 mart 2024, 10:37

İbadət Abbasovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə can-dildən təbrik edirəm.

Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində bu gün müstəqil Azərbaycan dövləti bütün azərbaycanlılar üçün güc mənbəyi olub. Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri alan sərkərdə olaraq tariximizə adınız qızıl hərflərlə düşüb. Xalqımız Sizin “dəmir yumruq” ətrafında sıx birləşib.

Cənab Prezident, Sizə növbəti prezidentliyiniz dövründə cansağlığı və uğurlar arzulayıram. Uca Allah Sizi qorusun!

Hörmətlə,

Abbasov İbadət Rəsul oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.