14 mart 2024, 10:30

Elgün Manaflıdan, Bakı, Azərbaycan

Cənab Prezident,

Ötən ay keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi təbrik edirəm.

Azərbaycanın davamlı tərəqqisinin, həyatın bütün sahələrində müşahidə edilən uğurlarının təməlində Sizin praqmatik siyasətiniz dayanır, müdrik qərarlarınız dayanır. Sizin möhkəm iradəniz və qətiyyətiniz sayəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması xalqımızın qəlbindəki nisgili silib atdı.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımız daha qüdrətli və inkişaf etmiş dövlətə çevriləcəkdir. Prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm.

Hörmətlə,

Elgün Manaflı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.