14 mart 2024, 10:00

Gültəkin Əliyevadan, Naxçıvan, Azərbaycan

Zati-aliləri!

Möhtərəm cənab Prezident!

İcazə verin, mənim həyatımda və fəaliyyət dövrümdə ən əlamətdar tarixə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tərəfinizdən “Tərəqqi” medalı ilə təltif edilməyimə görə şəxsim və ailəm adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Böyük sevinc və məmnunluq hissləri, minnətdarlıq duyğuları doğuran bu yüksək təltifi elm adamlarının əməyinə xüsusi diqqətinizin bariz nümunəsi kimi qəbul edirəm. Sizi əmin edirəm ki, mənə göstərilən bu yüksək etimadı daim doğruldacaq, layiq gördüyünüz medalı böyük qürurla daşıyacağam.

Hörmətli cənab Prezident,

Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın əmin-amanlığı, tərəqqisi və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, parlaq qələbələr arzulayıram.

Hörmətlə,

Gültəkin Əliyeva,

Naxçıvan Dövlət Universitetinin Ümumi Təbabət və

Klinik Fənnlər kafedrasının müdiri, dosent

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.