13 mart 2024, 18:30

Bibixanım Ağazadədən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkənin ərazi bütövlüyünü, suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq Sizin əsas amalınıza çevrilmişdir. Azərbaycanın möhkəm təməlini Ümummilli Lider Heydər Əliyev, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini isə Siz qoydunuz. Allah Sizi qorusun!

Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Yaşasın Azərbaycan!

Hörmətlə,

Ağazadə Bibixanım Cavanşir qızı, mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.