13 mart 2024, 13:39

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin, qardaş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşünüzü və tədbirlərdə iştirakınızı diqqətlə izlədim. Qardaş Qazaxıstanın dövlət başçısını Füzuli Beynəlxalq Hava Limanında qarşılamağınız, orada keçirilən mühüm və maraqlı tədbirlər məndə bir daha qürur hissi yaratdı. Ümumilikdə qardaş türk dövlətlərinin diqqətini Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarına, o cümlədən Qarabağa yönəltdiyiniz üçün Sizə təşəkkür edirəm.

Hörmətli cənab Prezident, Sizin müdrik siyasətiniz ölkəmizə saysız-hesabsız uğurlar qazandırıb. Siz ölkəmizlə bağlı xarici məsələləri Azərbaycan Respublikasının siyasi maraqlarına uyğun həll edə bilirsiniz. Bütün bunlara görə Sizə ürəkdən “çox sağ olun!” deyirəm.

Hörmətlə,

Hüseynov Vüsal

Azərbaycan Respublikası, Göyçay şəhəri.