15 mart 2024, 17:30

Ramin Məmmədovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Ötən ay ölkəmizdə keçirilən seçkilərdə qalib gələrək yenidən Prezident seçilməyiniz və dövlətimiz naminə məqsədyönlü fəaliyyətinizi davam etdirməyiniz məni ilhamlandırmışdır. Sizə bir şeir həsr etmişəm və onu ali diqqətinizə təqdim edirəm.

Prezident adına layiqli insan,

Vətənin başını ucaldan İlham,

Qurub-yaradır xalq üçün hər an,

Düşmənə əyilməz, namərdə sınmaz,

Dünyaya nümunə – Heydər oğlusan!

 

Həmişə ucalıb zirvələrdəsən,

Xalqa ədalətli, səxavətlisən,

Peyğəmbər adlı ləyaqətlisən,

Xalqa çörək verən ruzigarısan,

Çünki azərbaycanlısan – Heydər oğlusan!

 

Hörmətlə,

Məmmədov Ramin

Azərbaycan Respublikası, Qəbələ şəhəri.