18 mart 2024, 16:00

Rodriqo Ribeiro de Limadan, Braziliya Federativ Respublikası

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qələbəniz münasibətilə təbrik edirəm. Sizə ölkənizin qarşısında duran vəzifələrin həyata keçirilməsində uğurlar diləyirəm.

Mən həmişə Şərqi Avropa və Qafqaz regionlarında baş verən proseslərlə yaxından maraqlanmışam. Braziliya ilə Azərbaycan arasında əlaqələrin, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyam. San Paulo Dövlət Mədəniyyət, İqtisadiyyat və Yaradıcı Sənayelər Departamentinin keçmiş əməkdaşı kimi ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu düşünürəm. Azərbaycanda mədəniyyət, idman sahələrində həyata keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. Qədimliklə müasirliyin harmoniyasını əks etdirən Bakıda
Formula 1 yarışlarının yüksək səviyyədə keçirilməsini xüsusilə qeyd etmək istəyirəm.

Mən, həmçinin Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram. COP Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya arasında əməkdaşlığı dəstəklədiyiniz üçün Sizə təşəkkür edirəm.
Bu, ölkələrimiz arasında enerji, iqlim dəyişikliyi sahəsində əməkdaşlığın daha bir gözəl nümunəsidir.

İnanıram ki, yeni prezidentlik dönəminizdə Azərbaycanın iqtisadi və sosial inkişafı daha da sürətlənəcək, ölkələrimiz arasında əlaqələr dərinləşəcəkdir. Siz Qafqazda sülhün qorunmasına mühüm töhfələr verirsiniz.

Sizə fəaliyyətinizdə uğurlar diləyir, ən yüksək ehtiramımı və xoş arzularımı bildirirəm.

Hörmətlə,

Rodriqo Ribeiro de Lima,

analitik

Braziliya Federativ Respublikası