30 mart 2024, 14:31

Samir Cəfərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin ölkəmizin inkişafı üçün beynəlxalq aləmdə gördüyünüz işlər misilsizdir. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda görülən işlər Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsinə səbəb olmuşdur. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin siyasi yolu ölkənin inkişafı yoluna işıq saçır. Bütün sahələrdə olduğu kimi, Sizin kadr siyasətiniz də Azərbaycanın inkişafını daha da sürətləndirir. Yeni təyin olunmuş kadrlar etimadınızı doğruldur və ölkənin bütün sahələrində inkişafına çalışırlar.

Möhtərəm cənab Prezident!

Mən çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam. Doğma Vətənimiz üçün gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarıq və öz təşəkkürümüzü bildiririk.

Dərin hörmət və ehtiramla,

Cəfərov Samir Rəhim oğlu,

Azərbaycan Respublikasının İdman ustası,

“Qızıl qələm” media mükafatının laureatı

Azərbaycan Respublikası, Bakı şəhəri.