02 aprel 2024, 15:18

Vəliyəddin İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Tarixi bir ilin başlanğıcında hər bir azərbaycanlının qürur hissi keçirdiyi bir günə şahidlik etdik. 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız dünyanın “demokratiya carçıları”na demokratiya dərsi verdi. Siz “dəmir yumruq”la bütövləşən Azərbaycanın tarixi torpağı – Xankəndi şəhərində səsvermədə iştirak etməklə sözünüzü və haqqımızı dünyaya bir daha bəyan etdiniz. Mən Sizi bu tarixi uğur və yenidən böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin imzanızla Azərbaycanımızın növbəti uğurlarına və xoşbəxt gələcəyinə tam əminliklə inanırıq.

Cənab Prezident, ümid edirik ki, Sizin uzaqgörən siyasətiniz və dəyanətiniz Qafqaza əbədi sülh gətirəcəkdir. Allah tutduğunuz bu yolda yardımçınız olsun! Rəbbim Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

İsmayılov Vəliyəddin Misir oğlu, Kəlbəcər Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.