03 aprel 2024, 13:55

Gülşən Sultanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, yaşadığımız Zabrat qəsəbəsində də son illər ərzində tikinti-quruculuq və abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Bütün bunlar Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğının təzahürüdür.

Cənab Prezident, Sizin müdrik siyasətiniz, Azərbaycan xalqının rifahının yüksəlməsi istiqamətində yorulmaz fəaliyyətiniz, hər bir vətəndaşa göstərdiyiniz böyük qayğı danılmazdır. Zabratda görülən yenidənqurma işləri ilə əlaqədar Sizə qəsəbədə yaşayan sakinlərin və şəxsən öz ailəmin adından dərin minnətdarlığımızı bildirirəm. Abadlıq işləri nəinki ictimai yerlərdə, həmçinin həyətlərdə, evlərdə görülür, dam örtükləri təmir edilir və ya yenidən qurulur. Bu işlər tam təmənnasız, heç bir ayrı-seçkilik edilmədən həyata keçirilir.

Azərbaycan xalqı tariximizin ən şanlı və şərəfli günlərini Sizin sayənizdə yaşayır. Azərbaycanın gündən-günə çiçəklənməsinə, sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının yüksəlməsinə görə bir daha Sizə təşəkkür edirik.

Hörmətlə,

Sultanova Gülşən.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.