02 aprel 2024, 16:51

Fatimə Kazımovadan, Naxçıvan, Azərbaycan

Hörmətli Prezident.

Mən, yaxın keçmişdə Laçın şəhərində oldum. Laçının 4 il əvvəl işğal altında olduğuna inanmaq çox çətindir. Mən əslən laçınlı deyiləm, amma qəlbən, ruhən laçınlı oldum.

Əziz Prezidentim Sizə minnətdaram. Laçında atdığım hər addımda Sizə mütləq yazıb, minnətdarlıq etməyi düşünürdüm. Sizin güclü siyasətiniz sayəsində torpaqlarımız işğaldan azad olunub və biz orada rahat gəzə bilirik.

Laçının inkişafında üzərimə düşən hər hansı bir işdə cani-könüldən iştirak etməyə hazıram.

Hörmətlə,

Kazımova Fatimə.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.