03 aprel 2024, 17:45

Səkinə Eynalovadan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz İlham Əliyev.

Siz Azərbaycan xalqına tarix boyu yaşadığı uğurların ən möhtəşəmini bəxş etdiniz. Sizin xalqımıza göstərdiyiniz misilsiz xidmətlər, ölkəmizin mənafeyi naminə həyata keçirdiniz məqsədyönlü və silsilə tədbirlər uğurlarımızı şərtləndirən əsas amillərdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirdiyi yolu Sizinlə birlikdə addımlamaq xalqımızın hər bir üzvü kimi, mənim üçün də qürurlu və şərəflidir.

Bu təşəkkür məktubunu ürəyimdə Sizə dərin minnətdarlıq hissi və böyük məhəbbətlə yazıram. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Eynalova Səkinə.

Azərbaycan Respublikası, Şirvan şəhəri.