09 aprel 2024, 13:29

Mahirə Şükürovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin dediyiniz kimi, Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri yer almışdı, bu gün də bu, belədir.

Azərbaycanın səmərəli sədrliyi nəticəsində Qoşulmama Hərəkatının nüfuzu yüksəlib. Bir sıra ölkələrin bu Hərəkata ümidi artıb, qarşılıqlı fəaliyyət genişlənib.

Müstəqil Azərbaycanın öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verməsi dünyada yüksək dəyərləndirilir.

Cənab Prezident, ölkəmizin bu uğurları Sizin uzaqgörənliyinizin nəticəsidir. Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Şükürova Mahirə

Azərbaycan Respublikası, Şirvan şəhəri.