09 aprel 2024, 11:30

Uğur Cabbarovdan, Balakən, Azərbaycan

Salam, cənab Prezident.

Sizə ünvanladığımız müraciətimizə tez bir zamanda reaksiya verildiyinə və ən əsası da qaldırdığımız məsələ öz həllini tapdığına görə dərin minnətdarlığımızı bildiririk.

Ölkəmizdə aqrar sahəyə xüsusi diqqət ayrılması biz kəndli-fermerləri çox sevindirir. Çörəyi torpaqdan çıxan zəhmətkeş kəndlilər bu diqqətdən daha da ruhlanır, daha səylə, daha əzmlə əkin-biçin işləri görür, bolluq yaradılmasına çalışırlar.

Fermerlərin, kəndçilərin daim yanında olduğunuz üçün Allah Sizə daim yar olsun, cənab Prezident. Əmin olun ki, hər zaman Sizinləyik, hər zaman dualarımızdasınız.

Fürsətdən yararlanaraq, Sizi müqəddəs Ramazan bayramı münasibətilə ailəm adından təbrik edirəm.

Hörmətlə,

Cabbarov Uğur, fermer.

Azərbaycan Respublikası, Balakən şəhəri.