09 aprel 2024, 16:26

Nağı İbrahimovdan, Culfa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu Tanrı Sizi qorusun. Necə ki, Siz doğma Azərbaycanımızı qoruyub, yüksəldirsiniz. Bir çox ölkələr Vətənimizdə görülən işləri örnək götürərək tətbiq etməyə çalışırlar. Siz öz adınızı tarixə qızıl hərflərlə yazdırmısınız. Əsrlər, qərinələr keçsə də Sizin gördüyünüz işlər unudulmayacaq. Sizin rəhbərliyinizlə Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf mərhələsinə qədəm qoyub.

Mən uzun illər insan sağlamlığı üçün zərərli işlərdə çalışmış Culfa rayon sakini olaraq, sosial sahədə mənə və mənim kimi xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən diqqət və qayğıdan ilhamlanaraq yazıram.

Möhtərəm cənab Prezident, Sizə bundan sonrakı fəaliyyətinizdə də yeni-yeni zəfərlər, uğurlar və nailiyyətlər arzu edirəm.

Allah Sizi doğma Azərbaycanımıza heç vaxt çox görməsin.

Dərin hörmətlə,

İbrahimov Nağı

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu.