18 aprel 2024, 16:17

İnara Mehdiyevadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin möhkəm siyasi iradəniz, Azərbaycan xalqının Sizə olan etimadını doğrultmağınız, eyni zamanda, xalqımızın beynəlxalq aləmdə nüfuzunu zirvələrə qaldırmağınız tariximizdəki ən böyük nailiyyətlərdəndir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, dünya miqyasında da mühüm nüfuz sahibidir.

Cənab Prezidentimiz, Sizin kimi qətiyyətli Liderimizin olduğuna görə böyük fəxarət hissi duyuruq. Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edir, uğurlar arzulayıram.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Mehdiyeva İnara Yusif qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.