23 aprel 2024, 19:00

Zaur Həmzəyevdən, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını torpaqlarımızın tamamilə işğaldan azad edilməsi, sərhədlərimizin və suverenliyimizin bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə dərin minnətdarlığımı bildirirəm.

Çətin və mürəkkəb zamanda bu tarixi qələbə bütün azərbaycanlılar kimi, məni də sevindirir. Sözün əsl mənasında sevincimin həddi-hüdudu yoxdur. Ona görə də bu məktubu Sizə ünvanlamağı özümə borc bildim.

Hər zaman Sizə güvənirik.

Hörmətlə,

Həmzəyev Zaur Ədalət oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Yenikənd kəndi.