24 aprel 2024, 16:00

Şahin Qulibəylidən, Bakı, Azərbaycan

Salam, cənab Prezident.

Mən bir vətəndaş olaraq, Sizə minnətdaram. Qazaxın kəndlərini də qaytardınız.

Ermənistanda da artıq yaxşı anlayırlar ki, Azərbaycan kimi qüdrətli və güclü dövlətlə sülh bağlamaq ən ideal variantdır. Bunu daha əvvəl düşünüb qərar versəydilər onlar üçün daha yaxşı olardı. Sizin həyata keçirdiyiniz müdirik siyasət və diplomatiya təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün öz müsbət nəticələrini verir və gələcəkdə də verəcəkdir.

İnşallah, gün o gün olsun Göyçə mahalına, Qərbi Zəngəzura səfərlər edək, tarixi torpaqlarımıza ayaq basaq, oranın ətrini duyaq.

Allah Sizi qorusun, hər zaman var eləsin, cənab Prezident.

Hörmətlə,

Şahin Qulibəyli,

İkinci Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.