24 aprel 2024, 13:09

Şahin Xurşudovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin gərgin əməyiniz nəticəsində doğma Vətənimiz gündən-günə güclənir, möhkəmlənir. Vətəndaşlarımızın sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Xalqımız xoşbəxtdir ki, onun Sizin kimi xalqa, torpağa, el-obaya bağlı bir Prezidenti var. Bu günlərdə Gəncə şəhərinə səfəriniz, səfər zamanı yeni futbol stadionunun təməlini qoymağınız hər bir gəncəlinin sevincinə səbəb oldu.

Əziz Prezidentimiz, Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Xurşudov Şahin Nadir oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.