24 aprel 2024, 15:07

Vaqif Novruzovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab İlham Əliyev.

Gəncə Dövlət Universitetinin Botanika kafedrasının əməkdaşları Sizin Gəncəyə hər səfərinizi böyük sevinc və coşqu ilə qarşılayır. Bu günlərdə Gəncə şəhərinə yeni səfəriniz zamanı Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olmağınız hər birimizi sevindirdi.

Bütün şəhər ictimaiyyəti, o cümlədən kafedramızın əməkdaşları Sizə dərin təşəkkürünü bildirir, Ulu Öndərimiz Heydər Əliyevin daxili və xarici siyasətini uğurla həyata keçirən Prezidentimizə uğurlar diləyirlər.

Dərin hörmət və ehtiramla,

Vaqif Novruzov

Azərbaycan Respublikası, Gəncə şəhəri.