26 aprel 2024, 16:15

Zümrüd Qəhrəmanovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Sizin xüsusi qayğınız hesabına Nizami yurdu qədim Gəncə son illər ərzində özünəməxsus inkişaf yolu keçmişdir. Şəhərimizdə abadlıq-quruculuq işləri bu gün də uğurla davam etdirilməkdədir.

Biz gəncəlillər öz şəhərimizlə haqlı olaraq öyünür və fərəhlənirik. Sizin bu yaxınlarda şəhərimizə səfəriniz zamanı açılışını etdiyiniz Gəncə İdman Sarayı, həmçinin Ekoloji Park Kompleksi Gəncənin gözəlliyinə xüsusi rəng qatır.

Əziz Prezidentimiz, doğma Gəncəmizdə görülən işlərə görə Sizə bir daha təşəkkür edirəm. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Qəhrəmanova Zümrüd.

Azərbaycan Respublikası, Gəncə şəhəri.