29 aprel 2024, 18:42

Aytən Ələkbərovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün ölkəmizin hər bir qarışında abadlıq-quruculuq işləri geniş vüsət alıb. Gəncə şəhərində də görülən işlər şəhər ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Doğma Gəncəmizin daha da inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində şəhərin siması gündən-günə dəyişir. Buna görə Sizə “Çox sağ olun!” deyirik.

Sizin 2003-cü ilin oktyabr ayında hakimiyyətə gəlişiniz müqəddəs Ramazan ayına təsadüf etmişdir. Məhz Sizin komandanlığınızla doğma Qarabağımızın işğaldan azad edilməsi ilə İlahi ədalət bərpa olundu.

Cənab Prezident, Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Ələkbərova Aytən Fazil qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.