İlham Əliyev Filippinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

09 noyabr 2012, 18:20
İlham Əliyev Filippinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Filippin Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marilin Jusayan Alarillanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Marilin Jusayan Alarilla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Xanım Marilin Jusayan Alarilla Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını və ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinə görə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji, elm və texnologiya sahələrində inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq əlaqələri qurmaq üçün qarşılıqlı investisiya imkanlarını nəzərdən keçirməyin və əməkdaşlıq sahələrini müəyyənləşdirməyin zəruriliyini qeyd etdi.

Dövlət başçısı Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57