Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 may 2024, 14:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xankəndi Şəhər Prokurorluğu yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2024-cü il