İlham Əliyev İrlandıyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

09 noyabr 2012, 19:00
İlham Əliyev İrlandıyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kennet Tompsonun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Kennet Tompson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla İrlandiya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi, sərmayə qoyuluşu sahələrində inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olundu, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo