İlham Əliyevin Sinqapurda rəsmi qarşılanma mərasimi olmuşdur

21 noyabr 2012, 08:45
İlham Əliyevin Sinqapurda rəsmi qarşılanma mərasimi olmuşdur

Prezident İlham Əliyevin “İstana” sarayında rəsmi qarşılanma mərasimi olmuşdur. 

Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşıladı.

Azərbaycan və Sinqapur respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycanın və Sinqapurun dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev “İstana” sarayının fəxri qonaqlar kitabını imzaladı. 

Azərbaycan nümayəndə heyətinin üzvləri Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo