Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

22 dekabr 2012, 15:10

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Dost Azərbaycanın ictimai-siyasi həyatın bütün sahələrində, sosial-iqtisadi sahədə uğurlarına, habelə ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə Özbəkistanda ürəkdən sevinirlər. Bizim əyani şəkildə görüb yəqin etdiyimiz bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Bu yaxınlarda qonaqpərvər Bakıda Sizinlə görüşümüzü, mehribanlıq, etimad və qarşılıqlı anlaşma şəraitində keçən danışıqlarımızı xüsusi səmimiyyət və minnətdarlıqla xatırlayıram.

Əminəm ki, əldə edilmiş razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və Sizin məsul fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləmək istəyirəm.

Hörmətlə,

İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00