İordaniya Kralı II Abdullah Prezident İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2012, 16:50


Dekabrın 24-də İordaniya Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Kral II Abdullah ad günü münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ali dövləti fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00