İlham Əliyevin Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olmuşdur

23 yanvar 2013, 18:40
İlham Əliyevin Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu.

“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi. 

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo