Çex Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Miloş Zemana

29 yanvar 2013, 16:10

Hörmətli cənab Zeman,

Çex Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da inkişafına və genişlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Çex Respublikasının dost xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 yanvar 2013-cü il.