İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko ilə görüşmüşdür

11 mart 2013, 19:10
İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko ilə görüşmüşdür

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də parlamentin sədri Yosip Leko ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı səfərlərin önəmi vurğulandı. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya bu səfəri əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasına töhfəsini verəcəkdir. Həmçinin parlamentlərarası əməkdaşlığın və dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə təkan verdiyi vurğulandı.

Diqqətə çatdırıldı ki, Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial vardır.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00