İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başa çatmışdır

12 mart 2013, 12:10
İlham Əliyevin Xorvatiyaya  rəsmi səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri başa çatmışdır.

Zaqreb Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Xorvatiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Azərbaycan Respublikasının Prezidenti Zaqrebdən Monteneqronun paytaxtı Podqoritsaya yola düşdü.