Azərbaycan və Monteneqro prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 mart 2013, 15:30
Azərbaycan və Monteneqro prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Prezident İlham Əliyevin və Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulandı. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirildi.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00