İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

29 sentyabr 2010, 18:02
İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Herbert Kvellen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Herbert Kvellen ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafına, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini dedi. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi və sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00