İlham Əliyev Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur

01 may 2013, 19:40
İlham Əliyev Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlət başçısı elektromobillə mərkəzin ərazisini gəzdi.

Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarında beynəlxalq standartlara cavab verən istirahət mərkəzləri və otellər tikilib istifadəyə verilir. Onlardan biri də Qobustan Bağ-Bağat Mərkəzidir. Burada Qobustan sakinlərinin və qonaqların istirahətinin səmərəli təşkili üçün gözəl şərait yaradılmışdır.

Bildirildi ki, iki il əvvəl istifadəyə verilmiş bu mərkəz rayon sakinlərinin və qonaqların mənalı istirahət yerinə çevrilmişdir.

Ərazidə üç istirahət meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır. Buradakı iki süni göl istirahətin maraqlı keçməsinə xidmət edir. Zövqlə əkilmiş göz oxşayan ağac və gül kolları mərkəzdə istirahət edənlərdə xoş təəssürat yaradır. Mərkəzdə gecələmək və yaxud istirahət etmək istəyənlər üçün dördmərtəbəli otel tikilir. İnşası başa çatmaqda olan bu otel ən müasir standartlara cavab verəcəkdir.

Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitdən məmnunluğunu bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54