13:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.
18 may 2024, 13:20
Prezident İlham Əliyev bp-nin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə bp arasında uzun illər uğurlu əməkdaşlığın aparıldığını vurğuladı. Prezident İlham Əliyev bp-nin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda, şirkətin keçmiş icraçı direktoru Toni Heyvorda Azərbaycan ilə bp arasında əməkdaşlığın genişlənməsi işinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə etdi.
Dövlət başçısı Robert Dadlinin rəhbərliyi ilə Azərbaycanla bp arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirdi.
bp-nin icraçı direktoru Robert Dadli Azərbaycana doqquz il bundan əvvəl səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə inanılmaz və çox böyük inkişafın getdiyinin şahidi olduğunu bildirdi. Azərbaycanda yaxşı investisiya mühitinin olduğunu vurğulayan qonaq, bp ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın aparıldığını dedi və bunu yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.
18 may 2024, 13:20Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00