İlham Əliyev Zambiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

12 oktyabr 2010, 19:27
İlham Əliyev Zambiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Zambiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrik Nailobi Sinyinzanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Patrik Nailobi Sinyinza etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinin və səmərəli əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyi qeyd edildi.

gallery-photogallery-photogallery-photo